Tehrandan Səudiyyə Ərəbistanı ilə bağlı açıqlama
2023-04-17 13:16:00
Hurriyyet.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin İran körfəzi Departamentinin başçısı Əlirza İnayəti İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər naziri Feysal bin Fərhan Əl Səudun yaxın günlərdə danışıqlar aparacaqlarını bildirib.
İnayəti İranın Ər Riyaddakı səfirliyinin 9 may tarixinə qədər açılmasının planlaşdırıldığını, nazirlərin görüşünün də məhz həmin tarixə qədər baş tutacağını deyib.
Hürr Tərcüman