📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tehranın polis rəisi vəzifəsindən azad olundu

2023-01-27 16:48:00

Tehranın polis rəisi vəzifəsindən azad olundu

İranda səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan sonra Tehranın polis rəisi, general Hüseyn Rəhimi vəzifəsindən kənarlaşdırılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

İranın Baş Polis Komandanlığının əmri ilə general Sərdar Məhəmmədian Tehranın polis rəisi vəzifəsinə təyin edilib. O, Əlborz əyalətinin polis rəisi və Tehran Təhlükəsizlik Polisinin keçmiş rəhbəri olub.

Tehranın keçmiş polis rəisi general Rəhimi isə Fəraja İqtisadi Təhlükəsizlik Polisinin rəhbəri təyin edilib.