📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsil İdarəsinə yeni sektor müdiri təyin olundu

2025-04-25 00:28:58

Təhsil İdarəsinə yeni sektor müdiri təyin olundu

Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektoruna müdir təyin olunub.

Hurriyyet.Az xəbər verir ki, Mahir Zahidov Savadxan oğlu Şirvan-Salyan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Mahir Zahidov pedaqoji fəaliyyətə müəllim kimi Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbində başlayıb. Daha sonra digər ümumtəhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, məktəb direktoru kimi fəaliyyət göstərib. Təyinatdan öncə M.Zahidov  Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.