📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsil Nazirliyi valideynlərə müraciət edib - RƏSMİ

2022-06-20 15:07:00

Təhsil Nazirliyi valideynlərə müraciət edib - RƏSMİ

Təhsil Nazirliyi valideynlərə müraciət edib.

Hurriyyet.az xəbər verir ki, müraciətdə deyilir:

"İyulda məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qaydada qəbuluna start veriləcək.

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemində qeydiyyat üçün uşağın şəxsiyyət vəsiqəsi tələb olunacaq.

Bu baxımdan valideynlərə qeydiyyat prosesi başlayanadək uşaqları üçün şəxsiyyət vəsiqəsi əldə etmələri tövsiyə edilir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı yeni yaradılan elektron sistemdən istifadəyə dair təlimat yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacaq".