📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsil Nazirliyi "Zəfər ilinin müəllimi" adlı layihəyə start verir

2021-10-05 12:30:00

Təhsil Nazirliyi

Təhsil nazirliyindən "Hürriyyət.az"a verilən məlumata görə, sözügedən layihə çərçivəsində Təhsil Nazirliyinin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olan müəllimlərimiz haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq #ZəfərİlininMüəllimi həştəqi altında yayımı nəzərdə tutulur.

Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə #ZəfərİlininMüəllimi həştəqi altında müvafiq paylaşımlar edə bilər.

Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.

 Layihə bu ilin sonunadək davam edəcək.

YƏHYA