📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsil Nazirliyindən VACİB AÇIQLAMA

2021-11-05 23:26:00

Təhsil Nazirliyindən VACİB AÇIQLAMA

Təhsil Nazirliyindən vacib açıqlama verilib.

10 noyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən Hurriyyet.az-a verilən məlumata görə şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb.