📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsil Nazirliyinin idarəsi 3 MİLYON MANATLIQ texniki dəstək alır

2022-07-04 11:42:00

Təhsil Nazirliyinin idarəsi 3 MİLYON MANATLIQ texniki dəstək alır

Təhsil Nazirliyinin Təhsil sisteminin informasiyalaşdırılması idarəsi nazirliyin şəbəkə infrastrukturuna, eləcə də təhsil müəssisələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına, həmçinin təhsilverənlərin işə qəbulu müsabiqəsi zamanı İKT avadanlıqlarına texniki dəstəklə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Hurriyyet.az
-ın məlumatına görə, "Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi “AzEduNet” MMC-dir.

Qalib şirkətə 2,838 milyon manat ödəniləcək.Dia.az