📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsil Nazirliyinin keçmiş binası 370 min manata satışa çıxarıldı

2023-10-21 23:45:44

Təhsil Nazirliyinin keçmiş binası 370 min manata satışa çıxarıldı

Naxçıvan Muxtar Respublikasında bəzi mühüm obyektlər hərraca çıxarılacaq.

Hurriyyet.Az İqtisadiyyat.az-a istinadla bildirir ki, əmlaklar noyabrın 3-də açıq hərracda təqdim olunacaq.

Həmin siyahıda Təhsil Nazirliyinin köhnə ikimərtəbəli binası yer alıb.

Belə ki, dövlət müəssisəsi olmuş obyekt Naxçıvan Şəhəri Nəcməddin Naxçıvani küçəsində yerləşir.

Əmlak 2015-ci ildə istismara verilib və dəyəri 369.320.0 manatdır. Obyektin sahəsi isə 483 kv.metrdir.