"Təhsil sisteminə o qədər yamaqlar vurulub ki..." - Millət vəkili
“Azərbaycanın təhsil sisteminə o qədər yamaqlar vurmuşuq ki, o, heç bir modelə, heç bir ölkənin təhsilinə uyğun gəlmir. Bolonya sisteminə keçməyimiz belə yarımçıqdır. Orta məktəblərdə də eyni problemlərlə rastlaşırıq. Ciddi təhlilə ehtiyac var və “nə edə bilərik?” məsələsi ətrafında düşünməliyik”.
Hurriyyet.az xəbər verir ki, bu fikirləri bakupost.az -a millət vəkili Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində çox böyük problemlər var:
“Nə orta məktəbdə, nə də universitetdə övladlarımıza normal təhsil verə bilmirik. Bunları aradan qaldırmaq üçün müvafiq tədbilər görülməlidir. Yarımçıq yox, düşünülmüş, ölçülübbiçilmiş sistemə keçməliyik. Əsas məsələ təhsilin məzmununun, mahiyyətinin dəyişdirilməsidir. Eyni zamanda dərsliklər və orta məktəblərlə bağlı ciddi problemlər var. Bu istiqamətdə də işlər görülməlidir”.