📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təhsilə bu qədər maliyyə ayrılacaq - Samir Şərifov

2021-11-16 12:17:00

Təhsilə bu qədər maliyyə ayrılacaq - Samir Şərifov

2022-ci ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub.

Hurriyyet.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Maliyyə naziri Samir Şərifov deyib.

Nazir əlavə edib ki, bu, ötən illə müqayisədə 607 milyon manat və ya 18,5 faiz çoxdur.

“Əhalinin aztəminatlı hissəsinin ali təhsilə çıxışını asanlaşdırmaq üçün bu il 102 milyon ayrılacaq”, - nazir deyib.