📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“TEKNOFEST”ə bilet alanların nəzərinə!

2022-05-28 09:56:00

“TEKNOFEST”ə bilet alanların nəzərinə!

28 may tarixi üzrə "TEKNOFEST"in proqramında dəyişiklik edilib.

Hurriyyet.az xəbər verir ki, Müstəqillik Günü ilə əlaqədar festival çərçivəsində konsert proqramı keçiriləcək.

Konsert saat 21:00-da başlayacaq və saat 23:00-da başa çatacaq. Gün ərzində festival ərazisində hazırlıq işləri aparılacaq.

Bununla əlaqədar bu gün üçün bilet əldə edən izləyicilər 20:30-da festivalın keçirildiyi əraziyə daxil ola biləcəklər.