Tel-Əviv Universitetinin yəhudi alimləri Putini "faşist" adlandırıblar
Tel-Əviv Universitetinin Kantor Mərkəzinin tanınmış tarixçiləri Rusiyanın Ukraynadakı hərbi cinayətlərini pisləyən bəyanatla çıxış edərək, Kreml hakimiyyətini Holokostun xatirəsini təhrif etməkdə və Putinin metodlarını faşizm adlandıraraq onu ittiham ediblər. Bəyanat müəllifləri qeyd edirlər ki, prezidenti yəhudi olan Ukraynanı nasist adlandırmaq Holokostun xatirəsini cılızlaşdırmaq, bu yaraya "duz səpməkdir". Bu barədə Dünya Yəhudi Konqresinin vitse-prezidenti, Ukrayna Yəhudi Konfederasiyasının prezidenti Boris Lojkin açıqlama verib. O, bəyanatın orijinal mətnini Facebook səhifəsində yerləşdirib.
"Biz Rusiyanın yersiz təcavüzünü və Vladimir Putinin göstərişi ilə törədilmiş dəhşətli müharibə cinayətlərini pisləyirik. Faşist tərzində təcavüz bəşəriyyətin nasist dövründən öyrənməli olduğu mühüm əxlaqi dərslərə, o cümlədən insan həyatının toxunulmazlığı və demokratik, dinc dövlətlərin suverenliyinə ziddir. Putinin əlində "Minlərlə qurbanın, o cümlədən uşaqların qanı var. Onun siyasəti dünya demokratiyası, sülh və təhlükəsizliyi üçün təhdiddir", deyə bəyanatda bildirilir.
Ülviyyə, Hurriyyet.az