📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tələbə otaq yoldaşını bıçaqladı

2026-10-12 16:59:30

Tələbə otaq yoldaşını bıçaqladı

Mingəçevirdə bıçaqlanma olub.

Hurriyyet.net  xəbər verir ki, 19 yaşlı Dağlar Mehdizadəyə kəsici alətlə xəsarətlər yetirilib.

Polisin keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 18 yaşlı Nurəddin Hüseynov saxlanılıb.

Bildirilir ki, hadisə hər iki şəxsin kirayə qaldığı mənzildə baş verib. Onların kollec tələbəsi olduğu qeyd edilib.

Araşdırma aparılır.