Tələbə qız xəstəlikdən vəfat etdi
2022-01-11 09:29:00
Lənkəran Dövlət Universitetinin tələbəsi Maral Anar qızı Quluzadə vəfat edib.
Hurriyyet.az-ın məlumatına görə, o, onkoloji xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, M.Quluzadə universitetin Tarix-coğrafiya və incəsənət fakültəsinin Tarix və coğrafiya müəllimliyi ixtisası üzrə təhsil alıb.
Xatırladaq ki, Maral ailəli idi, bir övladı var.