📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tələbə qızı keçmiş nişanlısı universitetin qarşısında bıçaqladı

2022-04-18 15:55:00

Tələbə qızı keçmiş nişanlısı universitetin qarşısında bıçaqladı

Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

Hurriyyet.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir.