📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tələbələr zəhərləndi, bufet bağlandı - Həkim

2024-10-11 17:46:27

Tələbələr zəhərləndi, bufet bağlandı - Həkim

Qazaxda zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən tələbələr ambulator müalicəsini davam etdirmək üçün evlərinə buraxılıblar.

Hurriyyet.az xəbər verir ki, bu barədə Bizim.media-ya Qazax Rayon Mərkəzi Xəstəxanasının həkimi Nəzrin Əliyeva məlumat verib.

Onun sözlərinə görə, 18 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxananın təcili-tibbi yardım bölməsinə daxil olub. Xəstələr həkim müayinəsindən keçirildikdən sonra onlara ilkin zəruri tibbi yardım göstərilib.

Xəstələrin vəziyyəti stabilləşdiyindən 16 nəfər ambulator müalicə üçün evə buraxılıb. İki nəfər müşahidə üçün TTY bölməsində saxlanılıb, sonradan həmin iki nəfər də vəziyyətləri stabilləşdirilmiş şəkildə ambulator müalicə üçün evə buraxılıb.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə rayon prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə bufetdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

Bufetin fəaliyyəti isə məhdudlaşdırılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək.