📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tələbələrə bufetlə bağlı qadağa qoyuldu

2022-06-11 12:10:00

Tələbələrə bufetlə bağlı qadağa qoyuldu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bufetinə kənardan yemək gətirilməsinin qadağan olunduğu ilə bağlı məlumat yayılıb.

Hurriyyet.az xəbər verir ki, BAKU.WS-in məlumatına görə, bu barədə “Azərbaycan Universitetləri” səhifəsində paylaşım edilib.

Xatırladaq ki, bir neçə gün əvvəl buna oxşar hadisə Azərbaycan Tibb Universitetində yaşanmışdı. Belə ki, təhsil müəssisəsinin kitabxanasının girişində buraya tələbələrə şort və maykada girişin qadağan olunması ilə bağlı elan vurulmuşdu.