📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tələbələri fotoları ilə şantaj edən saxlanıldı

2026-02-26 21:57:35

Tələbələri fotoları ilə şantaj edən saxlanıldı

BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.

Bu haqda Hurriyyet.org-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil alan bir qrup qız tələbə sosial şəbəkələrdəki fotolarının icazəsiz şəkildə istifadə edildiyini iddia edirdi.