📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşıb

2021-07-27 12:36:00

Tələbələrin köçürülməsi üzrə sənəd qəbulu yekunlaşıb

Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Sənəd qəbulu 12-26 iyul tarixlərində həyata keçirilib.

Transfer.edu.az portalı vasitəsilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 1548 müraciət qeydə alınıb.

Təhsil Nazirliyindən "Hürriyyət"ə bildirilib ki, onlardan 15 nəfəri magistratura səviyyəsindən, 158 nəfəri xaricdə yerləşən ali təhsil müəssisəsindən, 145 nəfəri orta ixtisas təhsili müəssisəsindən, 1230 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasını dəyişdirmək üçün qeydiyyatdan keçib.

 Nəticələrin avqust ayında elan olunması nəzərdə tutulur.

 Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.  

YƏHYA