Tələbələrin təhsil aldiğı saatlarda telefon işlətməsini qadağan edən qanun qəbul edildi
Amerika mediasının məlumatına görə, Los-Anceles Birləşmiş məktəb dairəsinin idarə heyəti tələbələrin təhsil aldığı saatlarda mobil telefonlardan və sosial media platformalarından istifadəsini qadağan edən qətnaməni təsdiqləyib.
Müvafiq olaraq, qərar planı 120 gün ərzində hazırlanacaq və 2025-ci ilin yanvar ayından etibarən sözügedən bəyanat qüvvəyə minəcək.
Sözügedən qadağa, ölkənin ikinci ən böyük məktəb bölgəsi olan Los Angelesdə 429 mindən çox şagirdə aiddir.
Diqqəti yayındıran şeylərin qarşısını almağı hədəfləyir
Los Angeles Unified School District İdarə Heyətinin üzvü Nick Melvoyne bu mövzuda bunları söyləyib: "düşünürəm ki, burada qabaqcıl olacağıq və nəticədə tələbələr, bütün şəhər və ölkə bundan faydalanacaq."
Bu addımın sinifdəki yayındırmaların qarşısını almaq və şagirdlərin zehni sağlamlığını qorumaq məqsədi daşıdığı iddia edilir.