📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Telegram"ın qurucusu Durov Rusiyada məhkum edilə bilər

2026-02-24 11:14:09

Rusiyada Telegram messencerinin yaradıcısı Pavel Durovun hərəkətləri terror fəaliyyətinə yardım maddəsi üzrə cinayət işi çərçivəsində araşdırılır.

"AzPolitika" Rusiya mətbuatına istinadən xəbər verir ki, Durovun fəaliyyəti Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə sədəqət) üzrə cinayət işi çərçivəsində nəzərdən keçirilir.

2022-ci ildən indiyədək Telegram vasitəsilə 153 mindən çox cinayət törədilib, onlardan 33 mini diversiya-terror və ekstremist xarakterli olub. Bunların arasında 2024-cü il martında “Krokus Siti Holl”da baş verən terror aktının (149 nəfər həlak olub, 609 nəfər yaralanıb) koordinasiyası, jurnalist Darıya Duqina və general-leytenant İqor Kirillovun qətlləri, həmçinin digər 9 rus generalının öldürülməsi, Ukrayna xüsusi xidmətləri tərəfindən koordinasiya olunan 189 terror aktı və 752 yandırılma hadisəsi kimi ağır cinayətlər qeydə alınıb.

Roskomnadzor 150 mindən artıq qanunsuz kontentin (uşaq pornografiyası, narkotik, ekstremizm çağırışları və s.) silinməsi tələbi göndərib, lakin 154 981 kanal, çat və bot bloklanmayıb. FSB-nin məlumatına görə, messencer vasitəsilə hazırlanan 475 terror aktının qarşısı alınıb.

Rəsmi qurumlar məsələ ilə bağlı əlavə detallar açıqlamayıb. Pavel Durov və Telegram tərəfindən hələlik heç bir şərh verilməyib.

Bu araşdırma Rusiyada Telegrama qarşı son aylarda güclənən təzyiqlərin növbəti mərhələsi kimi qiymətləndirilir – əvvəllər messencerin səsli zəngləri məhdudlaşdırılıb, giriş sürəti 55% azaldılıb.