📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Televiziya aparıcısı əyləncə zamanı öldü - FOTO

2023-05-11 21:24:00

Televiziya aparıcısı əyləncə zamanı öldü - FOTO

İtaliyada keçirilən "Böyük Qardaş" yarışma proqramı ilə məşhurlaşan televiziya ulduzu Monika Sirianni ölüb.

Dostları ilə İtaliyanın Katanzaro əyalətindəki Soveria Mannelli bölgəsinə gedən Monika Sirianni əylənərkən yıxılıb.

Bildirilib ki, 37 yaşlı Monika Siriannini xilas etmək mümkün olmayıb.

İnfarkt keçirmiş ola biləcəyi ehtimalına diqqət çəkən Monika Sirianninin ölümünün dəqiq səbəbi hələ açıqlanmayıb.

Sirianni 2011-2012-ci illərdə yayımlanan "Böyük Qardaş"ın 12-ci mövsümündə iştirak edib. O, şouya qatıldıqdan bir ay sonra şoudan kənarlaşdırılıb.

Televiziya aparıcısı əyləncə zamanıöldü - FOTO

Televiziya aparıcısı əyləncə zamanıöldü - FOTO

//Lent.az