📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təlim-məşq zamanı erməni hərbçiləri yaralanıb

2022-10-29 13:29:00

Təlim-məşq zamanı erməni hərbçiləri yaralanıb

Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində təlim-məşq zamanı baş vermiş hadisə nəticəsində bir neçə hərbi qulluqçu yaralanıb.

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Gorus rayonu ərazisindəki təlim sahəsinə çıxarılan ehtiyat bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələ zamanı qumbaraatan mərmisi partlayıb.

Yayılan xəbərlərdə bildirilir ki, ehtiyatsızlıq səbəbindən baş vermiş partlayış nəticəsində bir neçə erməni hərbçi yaralanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hərbi qulluqçular tibb məntəqəsinə yerləşdirilib.

Hadisə ictimaiyyətdən gizlədilsə də, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Yeniavaz.com