📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təlimlərdə iştirak edəcək Azərbaycan hərbçiləri Türkiyədədir

2021-09-02 10:22:00

Təlimlərdə iştirak edəcək Azərbaycan hərbçiləri Türkiyədədir

"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

Bu barədə Hurriyyet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.
Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.