📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Telman İsmayılov barəsində HƏBS QƏRARI VERİLDİ

2021-10-02 19:25:00

Telman İsmayılov barəsində HƏBS QƏRARI VERİLDİ

"Çerkizovski" bazarının keçmiş direktoru, iş adamı Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qərarı verilib.

Bu barədə iş adamının vəkili Marina Rusakova məlumat verib.

O qeyd edib ki, qərardan artıq apellyasiya şikayəti verilib:

“Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”

Qeyd edək ki, Rusiyanın ən varlı iş adamları siyahısında olan Telman İsmayılov iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. \\Axar