📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Telman İsmayılov Monteneqroda SAXLANILIB

2021-10-01 20:38:00

Telman İsmayılov Monteneqroda SAXLANILIB

Rusiyanın paytaxtı Moskvada Çerkizovski bazarının keçmiş direktoru Telman İsmayılov Monteneqroda saxlanılıb.

Bu barədə Monteneqronun "Viesti" portalı məlumat yayıb.

İlkin məlumata görə, o, iki sahibkarın qətlini təşkil etməkdə ittiham olunur. İsmayılova 11 noyabr 2017-ci ildə ittiham irəli sürülüb, azərbaycanlı iş adamının axtarışı İnterpol vasitəsilə həyata keçirilib.

Bu ilin iyun ayında Monteneqro polisi Podqoritsa bölgəsində beynəlxalq həbs qərarı çıxarılan iki xarici vətəndaşı axtardıqlarını bildirib. Onlardan biri iş adamı Telman İsmayılov olub. \\Report