📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Telman İsmayılovun həbsdən sonra İLK FOTOSU

2021-11-04 09:40:00

Telman İsmayılovun həbsdən sonra İLK FOTOSU

Bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında Monteneqroda saxlanan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun yeni fotosu yayılıb.

Hurriyyet.az xəbər verir ki, fotonu jurnalist Eynulla Fətullayev sosial şəbəkə hesabında paylaşıb.

Bu, AST Telmanın azadlığa çıxdıqdan sonra yayımlanan ilk fotosu olub.

“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə, E.Fətullayev yazıb.

Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.