📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Telman İsmayılovun sığınacaq almaq SƏBƏBİ MƏLUM OLDU

2021-10-23 19:54:00

Telman İsmayılovun sığınacaq almaq SƏBƏBİ MƏLUM OLDU

Rusiyada qətl və adam oğurluğu cinayətlərində ittiham olunan Azərbaycan əsilli iş adamı Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq almaq səbəbi məlum olub.

Bu barədə Hurriyyet.az TASS-a istinadən xəbər verir.

Biznesmenin vəkili Miloş Vuksanoviç bildirib ki, Sürix prokurorluğu Telman İsmayılova qarşı çirkli pulların yuyulması işini bağlamaq qərarından sonra o, azadlığa buraxılıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Telman İsmayılovun Monteneqroda siyasi sığınacaq istəmək niyyətində olması barədə xəbər yayılıb.

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda saxlanılaraq barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.\\Report