📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təmir sexi və içindəki maşın YANDI

2022-01-03 21:42:00

Təmir sexi və içindəki maşın YANDI

Neftçala şəhərində avtomobil təmiri sexi və içindəki maşın yanıb.

Hurryyet.az FHN-ə istinadən xəbər verir ki, avtomobil təmiri sexinin tavanı və içərisində təmirə dayanan "Niva" markalı minik avtomobilinin salon hissəsi yanıb. Yüksək temperaturdan sexin şiferdən ibarət dam örtüyü dağılıb.

Sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub, yanğın söndürülüb.