Təmizlik maşınının vurduğu 26 yaşlı qız öldü
2026-03-07 16:15:26
Xətai rayonunda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını qəza törədib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.
Təhməz Səfərovun idarə etdiyi KTB-yə aid “QAZ-53” markalı avtomobil yolu keçən 26 yaşlı Ayşən Osmanovanı vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.