📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təmkin Xəlilzadənin yeni klubu – ÖZƏL

2023-10-10 19:11:26

Təmkin Xəlilzadənin yeni klubu – ÖZƏL

"Zirə"dən ayrıldıqdan bəri klubsuz olan Təmkin Xəlilzadənin yeni iş yeri məlum olub.

30 yaşlı sol cinah müdafiəçisi karyerasını İkinci Liqa təmsilçisi "Qusar"da davam etdirəcək.

Artıq tərəflər arasında razılaşma əldə olunub.

Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinmiş Xəlilzadənin son ünvanı "Zirə" olub. O, bu ilin 1 yanvarında "qartallar"dan ayrılıb. \\Offsideplus.az