📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tender kralı” cərimələnə bilər

2024-01-16 22:44:58

“Tender kralı” cərimələnə bilər

"Tender kralı” kimi tanınan "Retro Holdinq” MMC barəsində inzibati iş başlanıb. 

Şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə ittiham edilir. 

İşə Xəzər Rayon Məhkəməsində hakim İlham Cəfərzadənin sədrliyi ilə baxılacaq. 

430.4-cü maddəyə görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. \\Valyuta.az