📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tennis topu boyda dolu yağdı, avtomobillər və evlər DAĞILDIFOTO

2026-10-04 16:11:51

Tennis topu boyda dolu yağdı, avtomobillər və evlər DAĞILDIFOTO

Paraqvayda baş verən şiddətli fırtına və təbiət hadisəsi ölkədə ciddi fəsadlara və böyük maddi ziyana yol açıb.

Hurriyyet.net  xəbər verir ki, ölkənin paytaxtı Asunsyon şəhəri və ətraf vilayətlər güclü tufan və böyük ölçülü dolunun təsirinə məruz qalıb.

Yağan dolunun ölçüsü tennis topu böyüklüyündə olub. Şiddətli dolu yağışı yüzlərlə avtomobilin ön və arxa şüşələrini parça-parça edib, maşınların kuzovlarını əzib və yaşayış evlərinin dam örtüklərini zədələyib.

Yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, fırtına nəticəsində sıradan çıxan və zədələnən avtomobillərin, eləcə də zərər görən tikililərin sayı kifayət qədər çoxdur. Aidiyyəti qurumlar dəymiş ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparır.

Musavat.com