📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Təqaüdlə bağlı rəsmi məlumat

2024-04-25 20:43:59

Təqaüdlə bağlı rəsmi məlumat

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.

Fonddan verilən məlumata görə, bundan əvvəl – aprelin 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, aprelin 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin aprel ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.