📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tərəvəzin qiyməti əti keçdi: “Qışa ərzaq yığın” - HÖKUMƏT

2021-11-03 23:32:00

Tərəvəzin qiyməti əti keçdi: “Qışa ərzaq yığın” - HÖKUMƏT

Çin hökuməti vətəndaşlarınə ərzaq və digər zəruri əşyalar ehtiyatı yığmağa çağırıb.

Bəyanatı ölkənin Ticarət Nazirliyi yayıb. “Financial Times”-a istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarını qiymətləri sabitləşdirməyə, qarşıdan gələn qış və gələn yaz mövsümü üçün ilkin tələbat mallarının tədarükünü təmin etməyə, eləcə də insanların onları haradan və necə əldə edə biləcəyi barədə məlumatları operativ şəkildə dərc etməyə çağırıb. Çində ekstremal hava şəraitinin meyvə-tərəvəz istehsalına və daşınmasına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar var. Bundan əlavə, ölkədə ərzaq qiymətləri qeyri-sabitdir və qış yaxınlaşdıqca ənənəvi olaraq qalxır.

 

Çində son həftələrdə tərəvəzin topdansatış qiymətləri kəskin artıb, bəzi hallarda hətta ətin maya dəyərini keçib. Səbəb şimaldakı əsas istehsal rayonlarını su basan güclü yağışlar və bitkiçilik məhsullarının tədarükü üzrə aparıcı bölgə olan Şandunq əyalətini su basması olub. Pekinin həmçinin restoranda yemək yeyənlərin ehtiyaclarından çox yemək sifariş etməməsi üçün fəaliyyət planı var. Eyni zamanda, nazirliyin bəyanatı ölkədə son vaxtlar koronavirusun yayılması və nəzarətin kəskin şəkildə gücləndirilməsi, yeni məhdudiyyətlərinin tətbiqi fonunda verilib.

Hazırda Çində COVID-19-a yoluxma halları sıfıra endirmək siyasəti var. Oktyabrın ortalarında ölkədə yeni yoluxma halları qeydə alınıb. Bundan sonra kinoteatrlar və digər əyləncə məkanları bağlanıb, böyük yaşayış massivlərində karantin rejimi tətbiq edilib. Sərt qaydalar virusdan ölənlərin sayını azaltmağa kömək edib ki, bu da beynəlxalq rəqəmlərlə müqayisədə aşağıdır. Lakin məhdudiyyətlər milli iqtisadiyyata təsir göstərməyə başlayıb. Çinin aparıcı koronavirus ekspertlərindən biri, hökumət müşaviri Zhonq Nanshan deyib ki, bu siyasət nisbətən uzun müddət davam edəcək.

Çinin pandemiya ilə mübarizəsi ölkə iqtisadiyyatındakı yavaşlama fonunda daha da çətinləşir. 2021-ci il oktyabrın ortalarında məlum olub ki, üçüncü rübdə Çinin ÜDM-in artımı kəskin şəkildə azalıb. İllik ifadədə 4,9 faizə qədər olub. Mütəxəssislər qeyd ediblər ki, artımın ləngiməsi elektrik enerjisi çatışmazlığı, işlərdə fasilələr və biznesə təzyiqin artması ilə bağlıdır. İqtisadiyyatın digər sahələrinə də təsir edən daşınmaz əmlak bazarındakı neqativ vəziyyət də öz təsirini göstərir. \\Cebhe.info