Tərlan Əhmədov bu klubu çalışdırmaq istəyir – ÖZƏL
2023-06-08 20:33:00
"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov iş yerini dəyişmək niyyətindədir.
51 yaşlı mütəxəssis "Qəbələ"nin "sükanı arxasına" keçmək istəyir.
Gəncə təmsilçisi ilə yola davam etmək niyyətində olmayan Əhmədov "qırmızı-qaralar"da çalışmaq fikrindədir.
Bildirək ki, Tərlan Əhmədovun "Kəpəz"lə müqaviləsinin müddəti bu ayın 30-da başa çatır. O, Premyer Liqanın gedişində "Kəpəz" elitada qalsa belə, komandanı tərk edəcəyini bildirmişdi.
Əlavə edək ki, hazırda "Qəbələ"ni Elmar Baxşıyev çalışdırır. \\Offsideplus.az