📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Terror aktı seçkilərdən əvvəl də ola bilərdi - TƏFƏRRÜAT

2024-03-25 10:16:01

Terror aktı seçkilərdən əvvəl də ola bilərdi - TƏFƏRRÜAT

Martın 7-də Moskva vilayətində "Crocus City Hall"a gələnlərə qarşı terror aktını törədənlərdən biri binanın içərisindəki fotoşəkillərdə diqqət çəkib.

Hurriyyet.az xəbər verir ki, “İzvestiya”ya məlumatlı mənbə bildirib ki, söhbət martın 4-də Türkiyədən gələn Şəmsuddin Fəridunidən gedir .

O cümə axşamı, martın 7-də "Crocu"s kameraları tərəfindən görüntülənib. Görünür, vəziyyəti, binanın planını öyrənməyə gəlib, mühafizə postlarının yerini qeyd edib və qaçış yolları üzərində fikirləşib. Həmin gün binada italyan opera müğənnisi Alessandro Safinanın konserti olub.

Nəşrin həmsöhbəti etiraf edib ki, hücum edənlər “kəşfiyyatdan” sonra, yəni hətta seçkilərdən əvvəl yaxın günlərdə terror aktı törətməyi planlaşdıra bilərlər.

publika.az