Terror aktında yaralananların sayı 81-ə ÇATDI
2022-11-13 23:08:00
Terror aktında yaralananların sayı 81-ə yüksəlib.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib.
“İstanbulda baş verən partlayışda yaralananların sayı 81 nəfərə çatıb, iki nəfərin vəziyyəti ağırdır”, – Oktay deyib.
O əlavə edib ki, Türkiyə rəsmiləri partlayışı terror aktı kimi qiymətləndirir.
Qeyd edək ki, İlkin məlumata görə, partlayışda ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olması ilə bağlı məlumat yoxdur. \\KONKRET.az