Terror hücrəsi dağıdıldı – xaricdən təlimat alıblar
2022-12-28 17:41:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər naziri Sülyeman Soylu ölkədə daha bir terror aktının qarşısının alındığını bildirib. Onun sözlərinə görə, Türkiyənin cənub-şərqində yerləşən Van vilayətində partlayıcı maddələri və silahları olan 5 nəfər PKK terrorçusu saxlanılıb. Onların şəhər daxilində terror törətmək cəhdinin qarşısı alınıb. Nazir terrorçu qrupun İranın Türkiyə ilə sərhəddə yerləşən Kelereş məntəqəsindəki terror düşərgəsindən təlimat aldıqlarını bildirib.
Hürr Tərcüman
