Terrorçu nişangahda: sülhməramlı əsgərimizə çağırış edir - Video
Qarabağdakı erməni terrorçuların təxribatına qarşı Azərbaycan Ordusunun cavab tədbirləri hazırladığını əks etdirən görüntü yayılıb.
Hurriyyet.az xəbər verir ki, rus sülhməramlı əsgərimizdən terrorçulara qarşı atəş açmamasını, məsələni aydınlaşdıracaqlarını bildirir.
Əsgərimiz yalnız öz komandirindən aldığı əmrdən sonra dayanır.
Məsələyə aydınlıq gətirən “Caliber” yazıb ki, video kəsilib və kontektdən çıxarılıb:
“Kontekstdən çıxarılan kəsilmiş videoçarx Rusiyanın resursları vasitəsilə “sülhməramlılara ehtiyac”ı nümayiş etdirmək və onların “qəhrəmancasına səyləri” ilə Azərbaycanın “minaanatnlardan atəşə tutmasının” qarşısının alındığı görüntüsünü yaratmaq məqsədilə yayılıb. Bu, məhz Bakının Brüsseldə məhsuldar görüş ərəfəsində Xankəndidəki quldur rejimin qaçaqmalçılığı üçün kranı bağladığı anda baş verir”.