Terrorçular 45 nəfəri girov götürüblər
2024-01-15 20:33:22
Nigeriyada şəhərlərarası üç avtobusa hücum edən terrorçular 45 nəfəri girov götürüblər.
Bu barədə “Nigerian Tribune” hadisə şahidlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, insident ölkənin cənub-şərqindəki Otukpo-Enugu magistral yolunda (Benue ştatı) baş verib.
Ötən həftə Nigeriyanın şimal-şərqində Kaduna-Abuja şosesində təxminən 30 nəfər qaçırılıb. İndiyə qədər onların taleyi barədə məlumat yoxdur.
Son zamanlar Nigeriyada terrorçular fəallaşıb. Onlar mağazaları qarət edir, insanları girov götürürlər. \\TNS