📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tərtər işi”ndə bəraət aldı, 182 min manat təzminat alacaq

2023-10-19 13:24:23

“Tərtər işi”ndə bəraət aldı, 182 min manat təzminat alacaq

“Tərtər işi” ilə bağlı 20 il müddətinə məhkum edilərək 5 il 7 ay sonra bəraət alan baş leytenant Sultan Zeydullayevə təzminat kəsilib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Nəsimi Rayon Məhkəməsi qərar qəbul edib. 

Məhkəmə iddiaçının tələbini qismən təmin edib. 

Qərara əsasən, S.Zeydullayevə maddi ziyana görə 115 min 642 manat, mənəvi ziyana görə 67 min manat, ümumilikdə 182 min 642 manat təzminat ayrılıb.

İş üzrə cavabdeh qismində tanınmış Maliyyə Nazirliyi qərardan narazı qalıb.

Qeyd edək ki, baş leytenant Zeydullayev Sultan Ramazanoviç 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, ötən il bəraət alaraq azadlığa buraxılıb. 

Qafqazinfo.az