📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu

2024-06-04 16:35:50

“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu

“Tərtər işi”nə görə mühakimə edilən daha 4 hərbçinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hurriyyet.az xəbər verir ki, “qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev isə 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror təqsirləndirilən şəxslərə 9 il 10 aya kimi azadlıqdan məhrumetmə cəzası tələb edirdi.