“Tərtər işi”nə görə həbs olunan kimlərdir? Polkovnik-leytenant, gizir...
“Tərtər işi” ilə əlaqədar yeni həbslər var. Baş prokurorluq həbs edilən 7 hərbçinin adlarını açıqlayıb.
Məlumata görə həbs edilənlərin biri - Niftəliyev Rəşid Ağaşərif oğlu polkovnik-leytenantdır. O, 2019-cu ildə prezidentin sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Həbs olunan digər şəxs - Mikayılov Ruslan Məhəmmədəli oğlu leytenant rütbəsini daşıyıb. O, 2020-ci ilin dekabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Maşıyev Sənan Səxavət oğlu gizirdir. O, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub.
Əzizov Polad Seyfəddin oğlu – gizir: O da “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.
Əliyev Elçin Kalam oğlu – gizir.
Əzizov Polad Seyfəddin oğlu – gizir
Əliyev Elçin Kalam oğlu – gizir.
Yenisabah.az