📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tərtərdə 35 yaşlı qadın qətlə yetirildi - Qayınatası tutuldu

2025-05-13 12:00:24

Tərtərdə 35 yaşlı qadın qətlə yetirildi - Qayınatası tutuldu

Tərtərin Poladlı kəndində qətl törədilib.

Hurriyyet.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Hafizə Rzayeva yaşadığı evdə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən H.Rzayevanın qayınatası 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Qafqazinfo.az