📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tərtərdə iki nəfər minaya düşdü, araşdırma aparılır

2023-10-06 21:56:55

Tərtərdə iki nəfər minaya düşdü, araşdırma aparılır

Oktyabrın 6-sı saat 21 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində 1992-ci il təvəllüdlü Zaləddin Həsənlinin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.   
Bu barədə Hurriyyet.Az-a Baş Prokurorluqdan məlumat verilib. 
Bildirilib ki, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.   
Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.