📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tərtərdə mina partladı - Ölən var

2024-05-21 16:25:10

Tərtərdə mina partladı - Ölən var

Tərtər rayonunda mina partlayışı baş verib.

Hurriyyet.az xəbər verir ki, hadisə bu gün Həsənqaya kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

qafqazinfo.az