📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tərtərdə polis əməkdaşı vəfat edib

2024-11-16 12:44:11

Tərtərdə polis əməkdaşı vəfat edib

Tərtər rayonunda polis nəfəri xidməti tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, polis serjantı Vüsal Məmmədov göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Məlumata görə, faktla bağlı araşdırma aparılır.