📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tərtərdəki ağır qəzada ölənlərin sayı artdı

2026-08-18 21:57:45

Tərtərdəki ağır qəzada ölənlərin sayı artdı

Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatını itirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Hidayət oğlu Bayramovun idarə etdiyi VAZ-2107 markalı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub.

Nəticədə hər iki piyada hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.