"Tesla" şirkətinin robotaksilərinin təqdimat tarixi açıqlandı
2024-04-06 14:48:53
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, amerikalı milyarder İlon Mask avqustun 8-də "Tesla" şirkətinin robotaksilərinin təqdimat mərasiminin keçiriləcəyini bəyan edib. Mask bu məlumatı sahibi olduğu X sosial şəbəkəsində verib.
Bu açıqlamadan sonra "Tesla" şirkətinin səhmlərinin qiyməti 5,1% artıb.
Hürr Tərcüman